Futbol üzrə Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Rux"la qarşılaşıb. "Minay" bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 62-ci dəqiqədə meydana buraxılıb.
 
"Minay" 21 turdan sonra 15 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest