İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo karyerasının antirekorduna imza atıb.
 
Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bunu Premyer Liqanın 31-ci turunda "Mançester Yunayted"ə uduzmaqla (1:3) reallaşdırıb.
 
çalışdırıcı 2020/21 mövsümündə 10-cu məğlubiyyətini alıb. Bu isə Mourinyonun karyerası ərzində ən pis göstəricidir. O, daha əvvəl baş məşqilik etdiyi komandalarla 1 mövsüm ərzində 10 dəfə uduzmamışdı.
 
Qeyd edək ki, "Tottenhem" bu mövsüm Premyer Liqada keçirdiyi 31 oyunda 14 qələbə qazandığı halda, 7 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. London təmsilçisi 49 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest