Xosep Qvardiolanın yetirmələri keçirdiyi 10 matçın 9-da qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Bu müddətdə 21 qol vuran Premyer Liqa təmsilçisi qapısında 3 top görüb.
çempionlar Liqasının (çL) 1/4 final mərhələsində Dortmund "Borussiya"sını ilk oyunda olduğu kimi, cavab görüşündə də 2:1 hesabı ilə məğlub edən "Mançester Siti" yarımfinala yüksəlib. Matc.az xəbər verir ki, "şəhərlilər" cari mövsüm qitənin ən nüfuzlu klub turnirində uduzmayan yeganə komandadır.
Xosep Qvardiolanın yetirmələri keçirdiyi 10 matçın 9-da qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Bu müddətdə 21 qol vuran Premyer Liqa təmsilçisi qapısında 3 top görüb.
Qvardiola isə baş məşqçi kimi çalışdırdığı komandanı 8-ci dəfə çL-in yarımfinalına daşıyıb. İspaniyalı mütəxəssis "Tottenhem"in çalışdırıcısı Joze Mourinyoya məxsus rekordu təkrarlayıb. Pep 4 dəfə "Barselona", 3 dəfə də "Bavariya" ilə buna nail olub.
"Mançester Siti"nin yarımmüdafiəçisi Filip Foden də yeni rekorda imza atıb. Mayda 21 yaşı tamam olacaq oyunçu turnirdə 6-cı qolunu vurub. Bununla Foden 21 yaşadək futbolçular arasında ən məhsuldarıdır. O, Alan Smit ("Lids"), Cedon Sançonun ("Borussiya", Dortmund) 21 yaşı tamam olmamış vurduğu 5 qolluq rekordunu yeniləyib.
Qeyd edək ki, "Mançester Siti" yarımfinalda PSJ ilə qarşılaşacaq.