16 Aprel 2021, 14:31
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				  
 
	Futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
	Matc.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Neymardır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
	Neymar komandasının "Bavariya"ya 0:1 hesabıyla məğlub olduğu oyunda 3 dəfə qapıya dəqiq zərbə endirib.
				
         	
                                             
               
 
             
 















