Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XXII tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
 
"Keşlə"nin əvəzediciləri "Sabah"ın ikinci komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
 
Turun digər görüşləri aprelin 17 və 18-də keçiriləcək.
 
I Divizion
XXII tur
16 aprel
 
Keşlə-2 – Sabah-2 3:0
Qol: Emin Quliyev, 23. Bahadur Həziyev, 77. Elnur Süleymanov, 88.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov.
Bakı. "ASK Arena", 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest