Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə günü baş tutub.
 
Lider "Bavariya" bu turda turnir cədvəlinin 3-cüsü "Volfsburq"un qonağı olub. Münhen təmsilçisi bu oyunda çətin qələbəyə sevinib. 
 
Mönhenqladbax "Borussiya"sı "Ayntraxt"ı, "Frayburq" "Şalke"ni, "Bayer" "Köln"ü darmadağınla yola salıb. "Union Berlin" də "Ştutqart" üzərində qələbə qazanıb. "Auqsburq" – "Arminiya" görüşündə isə hesab açılmayıb.
 
Almaniya Bundesliqası
29-cu tur
16 aprel
 
Leypsiq – Hoffenhaym 0:0
 
17 aprel
 
Auqsburq – Arminiya 0:0
 
Borussiya (Mönhenqladbax) – Ayntraxt 4:0
Qol: Ginter, 10. Hofmann, 60. Bensebaini, 67. Volf, 90+5.
 
Frayburq – Şalke 4:0
Qol: Holer, 7. Sallai, 22. Gunter, 50; 74.
 
Union Berlin – Ştutqart 2:1
Qol: Promel, 20. P.Musa, 43 – Forster, 49.
 
Volfsburq – Bavariya 2:3
Qol: Veqorst, 35. Filipp, 54 – Musiala, 15; 37. Şupo-Motinq, 24.
 
Bayer – Köln 3:0
Qol: Beyli, 5; 76. Diabi, 51.
 
18 aprel
 
17:30. Borussiya (Dortmund) – Verder
20:00. Maynts – Herta

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest