Bu gün Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparıb.
100 kq çəki dərəcəsində Zelim Kotsoyev və Elmar Qasımovun ilk görüşü 1/16 finala təsadüf edib. Elmar startda Toma Nikiforova (Belçika) uduzaraq, mübarizəni erkən dayandırıb.
Zelim isə Aaron Fara (Avstriya) ilə dueldən qalib ayrılıb. O, növbəti mərhələdə Zombor Veq (Macarıstan) üzərində də qələbə qazanmaqla, 1/4 finala yüksəlib. Bu mərhələdə idmançımız gürcüstanlı İlia Sulamanidzeyə uduzaraq, təsəlliverici görüşlərə qatılıb. Bürünc medal uğrunda mübarizədə öncə fransız Kiril Maret, ardından rusiyalı Niyaz İlyasova qalib gələn Kotsoyev fəxri kürsüyə yüksəlib.
+ 100 kq çəkidə Uşangi Kokauri mübarizəyə 1/8 finaldan başlayıb. Lakin o, Avstriya cüdoçusu Daniel Allerstorferlə dueldən məğlub ayrılıb.
Yeganə qadın cüdoçumuz İrina Kindzerska (78 kq) isə 1/8 finalda Lea Fonteynə uduzub.
Beləliklə, Azərbaycanın Portuqaliyada qazancı 2 bürünc medal olub. Belə ki, Kotsoyevdən öncə Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib.