Bu gün İspaniya La Liqasında 33-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
Lider "Atletiko" bu turda doğma meydanda "Eybar"ı qəbul edib və darmadağına sevinib. Madridin digər təmsilçisi, liderin əsas izləyicisi "Real" isə "Xetafe" ilə səfər oyununda xal itkisi ilə üzləşib.
 
Avropa Liqasında yarımfinala yüksələn "Vilyarreal" çempionatda "Levante" səfərinə yollanıb və darmadağınla qalib gəlib. Dörd qolun qeydə alındığı "Betis" – "Valensiya" matçında qalib müəyyənləşməyib. "Real Sosyedad" isə "Sevilya"nı qəbul edib və məğlubiyyətlə üzləşib.
 
Bu tur keçirilməli olan "Barselona" – "Qranada" və "Atletik" – "Valyadolid" matçları təxirə salınıb.
 
İspaniya La Liqası
31-ci tur
18 aprel
 
Osasuna – Elçe 2:0
Qol: Barxa, 38. D.Qonsales, 68-öz qapısına.
 
Real Sosyedad – Sevilya 1:2
Qol: C.Fernandes, 5 – Fernando, 22. En Nesiri, 24.
 
Alaves – Hueska 1:0
Qol: Battalya, 85.
 
Atletiko – Eybar 5:0
Qol: Korrea, 42; 44. Karrasko, 49. Lyorente, 53; 68.
 
Betis – Valensiya 2:2
Qol: Fekir, 12. Kanales, 42 – Qedes, 22. Soler, 61.
 
Kadis – Selta 0:0
 
Xetafe – Real 0:0
 
Levante – Vilyarreal 1:5
Qol: Malsa, 21 – Poştiqo, 9-öz qapısına. Moreno, 13. çukvueze, 63; 75. Vezo, 72-öz qapısına.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest