Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir.

Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir.
 
Matc.az xəbər verir ki, o, zədələndiyi epizod və son durumu ilə bağlı Ağdam klubunun rəsmi saytına açıqlama verib:
 
“Həmin an nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ayılanda üzüm qan içində idi. İndi özümü piss hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest