Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Lvov"la qarşılaşıb. "Minay" bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar və sonadək oynayıblar.
 
"Minay" 22 turdan sonra 18 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest