"Hələlik gələcəyimlə bağlı məsələni nəzərdən keçirməmişəm. Bütün fikrimi son 5 oyuna kökləmişəm. Əsas nəticə qazanmaqdır. Sonrasını zaman göstərəcək"

"Komandada hər şey qaydasındadır. "Sumqayıt"la oyuna gəldikdə, çox vacib matç idi. Yaxşı çıxış etdik. Oyunumuzdan razı qaldım. Amma buraxdığımız qollara görə çox əsəbiləşdim. Məğlubiyyətə layiq deyildik". Matc.az xəbər verir ki, bunu  "Qəbələ"nin yarımmüdafiəçisi Nikolas Raysel Azərbaycan Premyer Liqasının 23-cü turunda "Sumqayıt"a uduzduqları görüş (0:2) haqda danışarkən deyib.
 
Fransalı futbolçu növbəti turda "Qarabağ"la qarşılaşacaqları görüşlı bağlı da fikirlərini bildirib. O, Ağdam təmsilçisinin gücündən bəhs etməklə yanaşı, görüşə qələbə üçün çıxacaqlarını da qeyd edib: "Növbəti görüş liderlədir. "Qarabağ" güclü rəqibdir. Amma qələbə istəyi onlara qarşı da olacaq. Bu mövsüm hər bir komandaya qarşı yüksək səviyyədə çıxış etmişik. Sadəcə, nəticələr fərqli olub. Növbəti oyunda da hədəf qələbədir".
 
Təcrübəli yarımmüdafiəçi Konfrans liqasına vəsiqə şanslarını da dəyərləndirib: "Mövsümün sonuna 5 tur qalıb. Riyazi məntiq onu deyir ki, hər şey mümkündür. Xallar yığıb Avropaya çıxmaq üçün şanslarımız var. Şübhəsiz ki, çətin olacaq, amma gələcəyimiz öz əlimizdədir".
 
Nikosal Raysel klubdakı gələcəyi ilə bağlı bunları deyib: "Hələlik gələcəyimlə bağlı məsələni nəzərdən keçirməmişəm. Bütün fikrimi son 5 oyuna kökləmişəm. Əsas nəticə qazanmaqdır. Sonrasını zaman göstərəcək" (qol.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest