Ukraynanın "Şaxtyor" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Donetsk təmsilçisinin hücumçusu Junior Moraes zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə zədələnən Moraes azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Moraes Ukrayna milli komandasının da üzvüdür. Hücumçu zədə səbəbindən bu yay keçiriləcək Aç-2020-ni buraxacaq.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest