Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, "Neftçi"nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb.
 
Millimizin qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub. U-17 sonuncu oyununu aprelin 30-da "Səbail"in U-19 komandasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest