İtaliya "İnter"inin futbolçuları koronavirus pandemiyasına görə maliyyə problemləri yaşayan kluba kömək etmək qərarına gəliblər.
 
Matc.az xəbər verir ki, futbolçular A Seriyasında çempion olacaqları təqdirdə, alacaqları bonuslardan imtina edəcəklər.
 
Bu barədə "Football İtalia" nəşri məlumat yayıb. Xəbərdə, futbolçuların çempionluq mükafatını kluba bağışlayacaqları bildirilib.
 
"İnter" A Seriyasında ən yaxın rəqibi "Atalanta"nı 11 xal qabaqlayaraq, liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest