Futbol üzrə Türkiyə Super Liqasında 38-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
Səfərdə "Ərzurumspor"la qarşılaşan "Başakşəhər" turu qələbə ilə başa vurub. "Sivasspor" "Yeni Malatyaspor"a evdə, "Qaziantep" isə "Ankaragücü"nə səfərdə qalib gəlib.
 
Son üç oyunda qələbə qazanan "Fənərbaxça" bu dəfə "Alanyaspor"un qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.
 
Türkiyə Super Liqası
38-ci tur
27 aprel
 
Hatayspor – Gənclərbirliyi 3:1
Qol: Abid, 8. Diuf, 51; 84 – Piris, 78.
 
28 aprel
 
Göztəpə – Trabzonspor 1:1
Qol: Yahoviç, 45+1 – Ekuban, 88.
 
Fatih Karagümrük – Antalyaspor 2:2
Qol: E.Albayrak, 13-öz qapısına. Borini, 24 – Fredi, 4. Amilton, 90+3.
 
Kayserispor – Dənizlispor 6:3
Qol: İ.Parlak, 18; 60. Avramovski, 26; 45+4. N.Paz, 51. M.Okutan, 90+4 – A.Sağal, 31. Mesanoviç, 81. S.Aytac, 90.
 
Qalatasaray – Konyaspor 1:0
Qol: E.Akbaba, 87.
 
Rizəspor – Beşiktaş 2:3
Qol: İ.Köybaşı, 87. Djokoviç, 89 – Nkudu, 16. G.Töre, 57. Gezzal, 75.
 
29 aprel
 
Ərzurumspor – Başakşəhər 1:2
Qol: E.Bassan, 5 – Şadli, 58-pen. Gulbrandsen, 84.
 
Sivasspor – Yeni Malatyaspor 1:0
Qol: J.Feliks, 88.
 
Alanyaspor – Fənərbaxça 0:0
 
Ankaragücü – Qaziantep 0:1
Qol: A.Souza, 85.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest