Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandes layiq görülüb.
 
Portuqaliyalı oyunçu doğma meydanda İtaliyanın "Roma" komandasına 6:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub və daha iki qolda da məhsuldar ötürmə müəllifi olub.
 
Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına "Mançester Yunayted"in digər futbolçusu Edinson Kavani, həmçinin "Arsenal"dan (İngiltərə) Nikolya Pepe və "Vilyarreal"dan (İspaniya) Raul Albiol da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest