Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Rux"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və komandası 1:0 öndə olarkən, fasilədə əvəzlənib.
 
"Aleksandriya" 24 turdan sonra 29 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest