"Neftçi"nin məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqasında 25-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqasında 25-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, baş məşqçi Samir Abasov cəzalı olduğu üçün 3:0 hesabıyla qalib gəldikləri oyunda komandanı meydana çıxaran mütəxəssis, qələbə ilə bağl bunları söyləyib:
 
"çətin oyun olacağını bilirdik. Meydança amili sözünü dedi. Həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğuna görə, çətinliklərimiz vardı. Vacib qələbə qazandıq. Əsas 3 xal idi. Növbəti oyuna hazırlaşacağıq.
 
Yusuf Lavaldan istədiyimizi alırıq. Stiven Monrozun çox oyun şansı qazanmaması bununla bağlı ola bilər. Bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da güvənirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest