Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Səbail” - “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Merab Giqauri ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Sumqayıt” - “Sabah” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sumqayıt”ın 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest