Futbol üzrə İtaliya kubokunun formatı dəyişdirilib.
 
Matc.az xəbər verir ki, bundan sonra kubokda yalnız A və B Seriyası klubları iştirak edə biləcək.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliya kubokunda yeni mövsümdən A və B Seriyasında mübarizə aparan klublar iştirak edəcək.
 
İtaliya kubokunun dəyərini və turnirə olan marağı daha da artırmaq üçün belə qərar verilib. Bunan əvvəl turnirdə C və D Seriyası klubları da iştirak edirdi.
 
İtaliya kubokunda bu mövsümün finalı mayın 19-da, "Atalanta" və "Yuventus" komandaları arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest