07 May 2021, 10:15
AVROPA LİQASI
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Matc.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına "Arsenal"dan (İngiltərə) Pablo Mari, "Mançester Yunayted"dən (İngiltərə) Edinson Kavani, "Roma"dan (İtaliya) Brian Kristante və "Vilyarreal"dan (İspaniya) Raul Albiol namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.