07 May 2021, 11:49
AVROPA LİQASI
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Edinson Kavani avrokuboklarda 25 il əvvəl qeydə alınmış bir rekordu təkrarlayıb.
Matc.az xəbər verir ki, uruqvaylı futbolçu buna Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində İtaliyanın "Roma" klubuna qarşı keçirdikləri oyunlarda nail olub.
Belə ki, Kavani həm ev, həm də səfər oyununda "canavarlar"ın qapısına iki qol vurub. Nəticədə o, avrokubokların yarımfinalı çərçivəsində baş tutan hər iki görüşdə 25 ildən sonra azı iki qol vurmağı bacaran ilk oyunçu olub.
Daha öncə belə bir rekord 1985/86 mövsümündə UEFA Kubokunun yarımfinalında qeydə alınmışdı. Həmin mövsümdə Almaniyanın "Köln" klubunun hücumçusu Klaus Allofs Belçikanın "Sulte Varegem" komandası ilə ilk oyunda dubl, cavab qarşılaşmasında isə het-trik etmişdi.
"Mançester Yunayted" "Roma"ya doğma meydanda 6:2 hesabıyla qalib gəlsə də, səfərdə 2:3 uduzub.