Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi açıqlama verib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına qarşıdakı planlardan bəhs edib:
 
"Görüləsi çox iş var. Bütün oyunçularımın Azərbaycanda çıxış etməsi məhdudiyyətinə baxmayaraq, komandanın sürətlə böyüməyə ehtiyacı var. Türkiyə, Belarus, Moldova ilə yoldaşlıq oyununa çıxacağıq. Daha sonra sentyabrda DÇ-2022-nin seçmə mərhələsində Qətərlə qarşılaşacağıq.
 
Bunlar qəti sınaqlardı. Türkiyə yığması böyüyür, ölkədən kənarda bir çox oyunçuları var. Öz çempionatlarındakı futbolçular demək olar ki, ehtiyat qüvvə sayılır. Yaxşı nəticələr əldə ediblər. İtaliya yığmasına AVRO-2020-nin ilk matçında Türkiyəyə qarşı oyunu asan olmayacaq".
 
64 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında komanda sayının az olduğunu bildirərək, bunun milli komandaya mənfi təsir etdiyini qeyd edib: "1991-ci ilədək Azərbaycan komandaları SSRİ çempionatında oynadığı zaman texniki baxımdan müsbət senari var idi. İndi Azərbaycanda 8 komandadan ibarət kiçik bir liqa mövcuddu. Klubların heyətində 6 yerli futbolçu çıxış edir. Onlardan biri də gənc olmalıdı. Azərbaycanlı futbolçu azdı, buna görə də seçim imkanı yoxdu. Legioner limitinin götürülməsi mənim ziyanıma olsa da, vəziyyəti yaxşıya doğru dəyişər. Onsuz da çox oynadıqları üçün bəzi futbolçular arxayınlıqdan yatıblar".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest