Futbol üzrə Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilir.
	Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
	Sözügedən kollektiv səfərdə "Samqurali" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
	Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
	Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 12 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
				
         	
                                             
               
            
 










