Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Edinson Kavani həftənin ən yaxşı futbolçusu seçilib.
 
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Uruqvaylı forvard İtaliyada "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubla imza atıb.
 
Qeyd edək ki, Avroliqada həftənin ən yaxşısı adına Pablo Mari ("Arsenal", İngiltərə), Brian Kristante ("Roma", İtaliya) və Raul Albiol ("Vilyarreal", İspaniya) da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest