Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, ikinci oyun günündə komandamızın rəqibi meydan sahibi Gürcüstan millisi olub. İlk turda  Monteneqroya 1:3 hesabı ilə uduzan yığmamız bu dəfə qələbə qazanmağı bacarıb.

2021-ci il Avropa çempionatı  
Seçmə mərhələ
F qrupu, II tur

Azərbaycan – Gürcüstan - 3:0 (25:20; 25:22; 25:15)
Tbilisi, Yeni Voleybol Arenası. Hakimlər: Vladimir Simonoviç (Xorvatiya), Boqdan Stoyka  (Rumıniya)

Monteneqro - Yunanıstan - 2:3 (25:17; 20;25; 19:25; 25:23; 14:16)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest