Fransanın “Olimpik” (Marsel) klubu futbolçusu Jordan Amavi ilə müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
27 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
 
Amavi 2017-ci ildən Marsel təmsilçisində çıxış edir. Fransalı futbolçu bu mövsüm Liqa 1-də 11 oyuna çıxıb. “Nitsa”nın yetirməsi olan Jordan, 2015-2017-ci illər aralığında İngiltərənin “Aston Villa” klubunda da forma geyinib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest