Almaniyanın “Leypsiq” klubu futbolçusu Amadu Haydaranın müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
23 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
 
Mali milli komandasının da üzvü olan Haydara 2019-cu ilin yanvarından “Leyptsiq”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 29 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest