Futbol üzrə Türkiyə Super Liqasında 41-ci turun oyunlarından sonra daha iki komandanın elitanı tərk edəcəyi dəqiqləşib.
 
Matc.az xəbər verir ki, "Ərzurumspor" və "Ankaragücü" elita ilə vidalaşıb.
 
"Ərzurumspor" 41-ci turda səfərdə "Alanyaspor"a 3:2 hesabıyla qalib gəlib. Nəticədə xalını 40-a çatdıran bu komanda 18-ci pillədə qərarlaşıb. Sonuncu turda meydana çıxmayacağı üçün, bu komanda mövsümü ən yaxşı halda elə 18-ci pillədə bitirəcək. Bu isə ərzurumluların növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparacağı anlamına gəlir.
 
"Ankaragücü" isə bu turda səfərdə "Kasımpaşa"ya uduzub. Bu komanda hazırda 38 xalla 19-ci pillədədir. Son turda "Alanyaspor"un qonağı olacaq Ankara təmsilçisi, həmin oyunda qalib gəlsə belə, 41 xalla 17-ci pillədə qərarlaşmış "Kayserispor"u qabaqlaya bilməyəcək. 
 
Son tur ərəfəsində 38 xalla 20-ci sırada olan "Gənclərbirliyi" isə hələ elitada qalmaq şansını saxlayır. Bu komanda son turda qalib gələcəyi halda "Kayserispor"u elitadan "qova" bilər.
 
Xatırladaq ki, daha öncə "Dənizlispor" klubunun Super Liqanı tərk edəcəyi dəqiqləşmişdi. Bu komanda hazırda 28 xalla sonuncu – 21-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest