Mayın 19-da Xorvatiyanın Poreç şəhərində start götürəcək karate və para-karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 23 idmançıdan ibarət heyət mübarizə aparacaq.
 
Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 (kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.
 
Məşqçilər komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyətin tatamiyə çıxmasını məqbul sayıb. Qadınların komanda heyətində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın çıxışı nəzərdə tutulsa da, fərdi yarışların nəticəsinə əsasən onlardan birini Fəridə Abiyeva əvəz edə bilər.
 
Kata üzrə fərdi yarışlara Roman Heydərov və Neda Rezai, komanda çıxışlarına isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət qatılacaq.
 
Para-Karate çempionatında Eldar Əhmədov, Sahib Əhədov, ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova çıxış edəcək.
 
Tokio Olimpiadasına lisenziya xalları verən Avropa çempionatında 47 ölkədən 513 karateçi, Para-karate çempionatında isə 15 dövlətdən 49 idmançı yarışacaq.
 
Qitə çempionatından əvvəl, 18 May tarixində Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. Yığıncaqda beynəlxlaq təşkilatın rəhbər orqanları və idaredici komitələrinə seçkilər olacaq. EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov konqresə qatılmaqla, rəsmi vəzifələrə namizdələrdən biri kimi seçkilərdə iştirak edəcək.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest