Qeyd edək ki, Nurlan Novruzov "Lalitpur Siti"yə aprelin 16-da keçib. O, Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.

Azərbaycanlı hücumçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, hər şey üçün kluba təşəkkür etdiyini yazıb. Novruzov çempionluğu hədəflədiklərini, lakin buna nail olmadıqlarını bildirib.
 
Qeyd edək ki, Nurlan Novruzov "Lalitpur Siti"yə aprelin 16-da keçib. O, Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest