Yunanıstanın "Olimpiakos" klubu baş məşqçi postuna İmanol Alquasili təyin edib.
Matc.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, rəsmi bəyanatda müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb. İspaniyalı mütəxəssis bundan əvvəl 7 il ərzində (2018–2025-ci illər) "Real Sosyedad"ı çalışdırıb. Onun rəhbərliyi altında komanda 330 matça çıxıb (158 qələbə, 82 heç-heçə, 95 məğlubiyyət).
Məşqçinin ən böyük uğuru "ağ-göylər"lə 2019/20 mövsümündə qazandığı İspaniya Kuboku olub.
Xatırladaq ki, "qırmızı-ağlar"ı 2 illik əməkdaşlıqdan sonra digər bir ispaniyalı mütəxəssis – Xose Luis Mendilibar tərk edib. Onun rəhbərliyi altında klub avrokuboklar tarixində ilk titulu olan 2023/24 mövsümünün Konfrans Liqası kubokunu qazanmışdı.
Əlavə edək ki, bir qədər əvvəl "Olimpiakos"un Yaremçuku Avropa Liqası üçün təqdim olunacaq iştirak ərizəsinə yenidən daxil etməyə hazır olduğu barədə məlumat yayılmışdı.





_1789042859.jpg)






