Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Atalanta" səfərdə "Cenoa" ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyundan çətin qələbə ilə ayrılan "Atalanta" çL-ə vəsiqəni təmin edib. ötən tur "Milan"a 0:7 hesabıyla məğlub olan "Torino" bu dəfə "Spetsiya"nın qonağı olub və yenə böyük hesabla uduzub.
 
Turun mərkəzi görüşü Turində keçirilib. çempion "İnter" burda "Yuventus"un müqavimətini qırmağa çalışıb. Amma beş qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Paytaxt derbisində isə "Roma" ilə "Latsio" münasibətlərinə aydınlıq gətirib. "Canavarlar" bu oyunda iki cavabsız qolla qalib gəliblər.
 
İtaliya A Seriyası
37-ci tur
15 may
 
Cenoa – Atalanta 3:4
Qol: Şomurodov, 48; 84. Pandev, 67-pen – Sapata, 9. Malinovski, 26. Qosens, 44. Paşaliç, 51.
 
Spetsiya – Torino 4:1
Qol: Saponara, 19. Nzola, 41-pen; 74. Erliç, 84 – Belotti, 54-pen.
 
Yuventus – İnter 3:2
Qol: Ronaldo, 24. Kuadrado, 45+3; 88 – Lukaku, 35-pen. Kyellini, 83-öz qapısına.
 
Roma – Latsio 2:0
Qol: Mxitaryan, 42. Pedro, 78.
 
16 may
 
14:30. Fiorentina – Napoli
17:00. Benevento – Krotone
17:00. Udineze – Sampdoriya
20:00. Parma – Sassuolo
22:45. Milan – Kalyari
 
17 may
 
22:45. Verona – Bolonya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest