Futbol üzrə İtaliya A Seriyasının 37-ci turu çərçivəsində baş tutan "İnter"lə oyun "Yuventus"un hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu bu görüşdə fərqlənməklə karyerası ərzində vurduğu qolların sayını 777-yə çatdırıb.
 
Komandası isə vacib görüşdə 3:2 hesabıyla qalib gəlməklə UEFA çempionlar Liqasına vəsiqə qazanmaq şansını qoruyub.
 
çıxış etdiyi komandalarda "7" nömrəli formanı geyinən Ronaldo, 7-ci qolunu "Sportinq"də, 77-ci qolunu "Mançester Yunayted"də, 777-ci qolunu isə "Yuventus"da vurub.
 
Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu komandaya Madrid "Real"ından transfer olunub. Portuqaliyalı futbolçunun bu yay "Yuventus"dan ayrılaraq yenidən "Sportinq"ə qayıdacağına dair xəbərlər dolaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest