"Liverpul" İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Vest Bromviç"i məğlub edib – 2:1.
 
Matc.az xəbər verir ki, "Liverpul"a qələbə qazandıran qolun müəllifi Alisson Bekker klubun tarixinə düşüb.
 
Belə ki, braziliyalı futbolçu klub tarixində rəsmi oyunda qol vuran ilk qapıçı olub.
 
Bekker 90+5-ci dəqiqədə "Liverpul"a qələbəni gətirən qolu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest