Adı İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilən daha bir futbolçu məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, bu, "çelsi"nin keçmiş yarımmüdafiəçisi Frenk Lemparddır.
 
Lempard Premyer Liqada "Vest Hem", "çelsi" və "Mançester Siti"də çıxış edib. O, turnirdə üç dəfə çempion olub, ümumilikdə isə 177 qol vurub. Lempard Premyer Liqa tarixinin ən çox qol vuran yarımmüdafiəçisidir.
 
Lempard Roy Kin, Erik Kantona, Tyerri Anri və Alan Şirerdən sonra adı "Şöhrət zalı"na daxil edilən beşinci futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest