Almaniyanın "Bayer" klubunda baş məşqçi təyinatı gerçəkləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin "sükan"ı Xerardo Seoaneyə tapşırılıb.
 
Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Seoane bundan əvvəl İsveçrənin "Yanq Boyz" komandasını çalışdırırdı.
 
"Bayer"i müvəqqəti olaraq Hannes Volfs çalışdırırdı. Leverkuzen təmsilçisi Bundesliqada sona bir tur qalmış 6-cı sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest