Almaniyanın "Union Berlin" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Maynts"dan Levin öztunalı ilə razılaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Levin yeni komandasına iyulun 1-də qoşulacaq. O, "Union Berlin"ə azad agent kimi keçib.
 
öztunalı bu mövsüm "Maynts"la Bundesliqada 16 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. "Bayer"in yetirməsi olan, bir mövsüm icarə əsasında "Verder"də çıxış etmiş futbolçu, 2016-cı ildən "Maynts"ın uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest