"Demək olar ki, bütün futbolçuların klubla müqaviləsi başa çatıb". Bunu matc.az saytına "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev deyib.

Premyer Liqanı sonuncu pillədə baş vurmasına baxmayaraq, klubla yeni müqavilə bağlayan Hacıyev bildirib ki, yaxın günlərdə bu işlərə məşğul olacaqlar: "öncə qərar verəcəyimiz məsələlər var. Onu həll etməliyik. Hansısa futbolçuya hələlik müqavilə təklif olunmayıb. Yaxın zamanlarda bu istiqamətdə fəaliyyətə başlayacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest