Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün sonuncu – 38-ci turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Kalyari" "Cenoa"nı qəbul edib və minimal hesabla uduzub. "Krotone" isə "Fiorentina"nı sınağa çəkib. Tərəflər meydanı qolsuz tərk ediblər.
 
A Seriyasını tərk edəcəyi dəqiqləşən "Parma" səfərdə "Sampdoriya" ilə qarşılaşıb. Bu oyunda meydan sahibləri darmadağına seviniblər.
 
İtaliya A Seriyası
38-ci tur
22 may
 
Kalyari – Cenoa 0:1
Qol: Şomurodov, 15.
 
Krotone – Fiorentina 0:0
 
Sampdoriya – Parma 3:0
Qol: Kvalyarella, 20. Kolli, 44. Qabbyadini, 64.
 
23 may
 
17:00. İnter – Udineze
22:45. Atalanta – Milan
22:45. Bolonya – Yuventus
22:45. Napoli – Verona
22:45. Sassuolo – Latsio
22:45. Spetsiya – Roma
22:45. Torino – Benevento

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest