Madrid "Atletiko"su İspaniya çempionu olduqdan sonra azarkeşləri paytaxt küçələrində bunu bayram etməyə axışıb.
 
Matc.az xəbər verir ki, həmin azarkeşlərdən biri faciəvi şəkildə dünyasını dəyişib.
 
Belə ki, Madridin mərkəzində hərəkət edən avtobusun pəncərəsindən başını çıxaran 14 yaşlı fanat divara çırpılıb. Hadisə zamanı yeniyetmə azarkeşin ailəsi və dostları da yanında olub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Xatırladaq ki, ötən gün La Liqanın sonuncu turunda səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn "Atletiko" klubu 11-ci çempionluğunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest