İspaniyanın "Valensiya" klubu beş futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Kevin Qameyro, Elyakim Manqala, Fransisko Ferro, Patrik Kutrone və Kristian Oliva ilə vidalaşıb.
 
Bu barədə "yarasalar"ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə müqavilələrinin müddəti bitən futbolçuların klubu tərk etdiyi bildirilib. "Valensiya" onlara təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
 
Qeyd edək ki, "Valensiya" La Liqada mövsümü 13-cü sırada bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest