Bunlar ötən il transfer edilən mozambikli yarımmüdafiəçi Klesio Bauk və 28 yaşlı müdafiəçi Kərim Diniyevdi. Baukun yenidən "Qəbələ"yə qayıdacağı gözlənilsə də, Diniyev böyük ehtimalla "Keşlə" klubuna keçəcək.

Premyer Liqanı dördüncü pillədə başa vuran "Zirə" heyətə əl gəzdirməyə hazırlaşır. Matc.az saytının xəbərinə görə, qəsəbə təmsilçisi heyətində saxlamaq istəmədiyi serbiyalı müdafiəçi Lazar Corceviç və millimizin sabiq hücumçusu Ruslan Qurbanovla yanaşı, daha 2 futbolçu ilə yollarını ayıracaq. Bunlar ötən il transfer edilən mozambikli yarımmüdafiəçi Klesio Bauk və 28 yaşlı müdafiəçi Kərim Diniyevdi. Baukun yenidən "Qəbələ"yə qayıdacağı gözlənilsə də, Diniyev böyük ehtimalla "Keşlə" klubuna keçəcək.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest