"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubu tərk edən Serxio Aqueronun yeni ünvanını açıqlayıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, argentinalı hücumçunun "Barselona"da oynayacağını deyib:
 
"Aquero tarixin ən yaxşı futbolçusu Lionel Messi ilə birlikdə oynayacaq. O, "Barselona"nı daha güclü edəcək".
 
Aqueronun "Barselona" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest