"Zirə" 5 futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, paytaxt klubu Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bu futbolçuların müqavilə müddətlərinin başa çatdığı diqqətə çatdırılıb. Tərəflər yeni sözləşmə imzalamaq istəməyiblər.
 
"Zirə" PFK futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest