"Baş məşqçi Rəşad Sadıqovla söhbətimiz oldu. Dedi ki, mən də sənin daha yaxşı şərtlərlə burada qalmağını istərdim. Amma bu, alınmadı. Nəticədə yollarımızı ayırdıq".

Mozambikli futbolçu Klesio Bauk "Zirə"dən ayrılma səbəbini açıqlayıb. 27 yaşlı hücumçu "Report"a deyib ki, klub rəhbərliyi ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib. O, klubdan məvacibinin yaxşılaşdırılmasını istəsə də, müsbət cavab almadığını söyləyib: "Baş məşqçi Rəşad Sadıqovla söhbətimiz oldu. Dedi ki, mən də sənin daha yaxşı şərtlərlə burada qalmağını istərdim. Amma bu, alınmadı. Nəticədə yollarımızı ayırdıq".
 
Hələlik heç bir klubdan təklif almadığını deyən təcrübəli oyunçu agentinin bu işlərlə məşğul olduğunu vurğulayıb: "Gözləyirəm. Nəyin necə olacağını zaman göstərəcək".
 
Qeyd edək ki, Klesio Bauk "Zirə"yə ötən yay "Qəbələ" klubundan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest