Fransanın "Lill" klubunun baş məşqçisi Kristof Qaltye komandadan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
54 yaşlı çalışdırıcı qərarı ilə bağlı bunları söyləyib: "Klub prezidentinə komandadan ayrıldığımı dedim. Hansı sözləri deyəcəyimi bilmirəm. Sadəcə, buradakı vaxtımın bitdiyinə əminəm. Bu ecazkar klubdan ayırlmaq vaxtı gəldi".
 
Qaltye 2017-ci ilin dekabrından "Lill"i çalışdırırdı. Fransalı mütəxəssis elə həmin mövsüm komandanı Liqa 1-i tərk etməkdən xilas edib. Növbəti mövsüm isə komanda çempionatda 2-ci olub. Bu mövsüm isə PSJ-ni qabaqlayan "Lill" son 10 ildə ilk dəfə çempion olub. Onun klubla müqaviləsi iyunun sonuna qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest