FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi 1168.53 xalla hazırda 110-cu sırada qərarlaşıb. ötən ayla müqayisədə komandanın mövqeyində dəyişiklik olmayıb.
 
Yığmanın Dç-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1166.12 xalla 5-ci, Serbiya 1512.90 xalla 25-ci, İrlandiya 1427.22 xalla 47-ci, Lüksemburq isə 1244.86 xalla 96-cı yerdədir.
 
Türkiyə millisi isə 29-cu sıradakı mövqeyini qoruyub.
 
Reytinqin ilk 3 pilləsində Belçika (1783.38), Fransa (1757.30) və Braziliya (1742.65) yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest