Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Amerika kubokuna ev sahibliyini Kolumbiyadan sonra Argentinadan da alıb.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Argentinanın ev sahibliyi hüququndan məhrum edilməsinə ölkədəki koronavirusla bağlı vəziyyət səbəb olub.
 
KONMEBOL bundan əvvəl Kolumbiyanın da ev sahibliyi hüququnu almışdı. Qurum yarışa ev sahibliyi etmək istəyən digər ölkələrin təkliflərini nəzərdən keçirəcəyini bildirib.
 
Daha əvvəl turnirin ev sahibliyi hüququ Argentina və Kolumbiyaya verilmişdi.
 
Amerika kuboku iyunun 13-də başlamalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest