Türkiyənin "Qaziantep" klubu yarımmüdafiəçisi Amedey Vetrihlə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 30 yaşlı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitirdi.
 
Sloveniya milli komandasının da üzvü olan Vetrih 2020-ci ilin yayından "Qaziantep"in uğurları üçün çalışır. O, geridə qalan mövsümdəki performansı ilə komandanın aparıcı üzvlərindən birinə çevrilməyi bacarıb.
 
Qeyd edək ki, Amedey Vetrih Türkiyədə daha öncə "Rizəspor"un da uğurları üçün çalışıb. Yarımmüdafiəçi öz ölkəsində "Domjale", "Qoriça" və "Brda" kimi komandalarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest